Prokurorluq orqanları əməkdaşlarının da maaşları artırılsın - Millət vəkili təklif verdi

2019-06-27 14:53:33 / 2051 dəfə oxunub
Deputat prokurorluq orqanlarının əməkdaşlarının da maaşlarının artırılmasını təklif edib.
"Son vaxtlar əhalinin müəyyən kateqoriyadan olan hissəsinin maaşlarının və pensiyalarının artırılması barədə Azərbaycan Respublikası prezidentinin sərəncamı əhali arasında çox böyük sevinclə qaşılanır. Siyasi demoqogiya ilə məşğul olan bəzi destruktiv elementlərin bundan sonra "inflyasiya olacaq”, "devalvasiya olacaq” kimi bəyanatlarına düşünürəm ki, əhəmiyyət verilməməlidir. Onlar dünənə kimi maaşların, pensiyaların az olmasından gileylənirdilər”.

Sabahinfo.az "Ölkə.Az”-a istinadən xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hökumət bundan sonra digər addımları da atmalıdır: "Hesab edirəm ki, hökumət əhalinin sosial müdafiəsinin gücləndirilməsi barədə növbəti addımlar da atmalıdır, gələn ilin büdcəsində həm uşaqpullarının verilməsi üçün vəsait nəzərdə tutulmalı, həm də prokurorluq orqanlarının əməkdaşlarının da əmək haqqı artırılmalıdır. Prokurorluq orqanları digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı effektiv mübarizənin təmin olunmasında xüsusi rol oynayır. Biz bilirik ki, ədliyyə sisteminə daxil olan dövlət hakimiyyət orqanlarının əməkdaşlarının demək olar ki, hamısının əmək haqqı artırıldı, prokurorluq orqanlarının əməkdaşları istisna olmaq şərtilə. Mən hər zaman demişəm ki, korrupsiyaya qarşı efektli mübarizə aparmaq üçün ilk növbədə dövlət hakimiyyət orqanlarının təmsilçilərinə onların maddi təminatını təmin edəcək qədər əmək haqqı verilməlidir. Yəni proses bununla başlamalıdır. Prezidentin 3 aprel 2019-cu il tarixli fərmanında da qeyd olunur ki, ölkədə hüquqi islahatlar dərinləşdirilməlidir. Hüquqi islahatların dərinləşdirilməsi istiqamətində işlər təkcə əmək haqqının artıılması ilə bitməməlidir. Biz çalışmalıyıq ki, ölkədə hüquqi mədəniyyətin yüksəlməsi üçün maarifçilik işi ilə məşğul olaq”.

Q.Həsənquliyev ardınca televiziyaların hüquqi maarifləndirmə işləri ilə bağlı Qərb ölkələrinin təcrübəsindən yararlanmağı zəruri saydı:
"Qərb ölkələri hüquqi maarifləndirmə ilə bağlı seriyallar çəkirlər. İnsanlar həm o seriyallara baxıb əylənirlər, həm də hüquqi biliklərə yiyələnirlər”. Deputat dedi ki, bənzər filmləri çəkmək imkanı olmasa da, həmin filmləri dilimizə tərcümə edib yayınlamaq mümkündür.

Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!