Dini radikalizm ciddi təhlükə mənbəyidir

2019-07-02 13:43:53 / 2794 dəfə oxunub

Məlum olduğu kimi dünyanın müxtəlif nöqtələrində, o cümlədən, Avropada, Yaxın Şərqdə və bölgəmizdə dini və məzhəb zəminində ciddi qarşıdurmalar baş verir. Artıq sirr deyil ki, dini radikalizm cəmiyyətin təməl prinsiplərini sarsıtmağa yönəlmiş ciddi təhlükəyə çevrilir və radikal meyllər cəmiyyət üçün ciddi təhlükə doğurur. Ekspertlərin gəldiyi qənaətə görə, radikal qrupların meydana gəlməsinin səbəbləri müxtəlifdir. Bu ayrı-ayrı ölkələrdə ayrı-ayrı səbəblərdən yarana bilər. Dini radikallıq isə dini biliklərin zəifliyindən meydana çıxır. Ayrı-ayrı missioner qruplar müxtəlif yollarla ölkələrə yol tapır, cəmiyyətin ayrı-ayrı təbəqələrini təsir altına salır və siyasi-ideoloji təbliğatlarını yaymağa başlayır. Bəzilərinin davranışlarında radikallıq macəra axtarışları səbəbindən üzə çıxır. Ayrı-ayrı terrorçu qrupların tərkibində vuruşmaq üçün Yaxın Şərqdəki münaqişələrə qatılmaq cəhdini həmin adamların davranışları kimi misal göstərmək olar. Məhz dini biliklərin zəifliyi, başqa bir tərəfdən, həmin adamlara cihad kimi təbliğ olunur. Elə adamlar var ki, gənc yaşındadır elə bilir ki, müharibəyə getmək, hansısa vuruşda iştirak etmək ona uğur gətirə bilər. Bu cür düşünənlərdə var. Burada əlbəttə radikal dini qrupların təbliğat-təşviqatı da rol oynayır. Dini radikallıq meyllərinin yaranmasına müxtəlif amillər də səbəb ola bilər. Lakin bu sırada solsial və iqtisadi vəziyyət sonuncu yerdə dayanır. Faktlara söykənib deyə bilərik ki, hətta Avropanın ən imkanlı ailələrində böyüyən gənclər arasında bəzən İŞİD sıralarına qoşulanlar, bu silahlı qruplaşmanın tərkibində savaşa qatılanlar olur.

Ancaq yuxarıda deyilənlərin tam əksinə olaraq Azərbaycanda vəziyyət həddən artıq yaxşıdır, ölkəmiz əslində bölgədə sabitləşdirici rol oynayır. Yəni, ölkə daxilində gedən bu gözəl proseslər bölgəyə də müsbət təsir göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbirincə desək, "Azərbaycan sabitlik adasıdır”. Bu gün Azərbaycansız bölgə siyasətini təsəvvür etmək mümkün deyildir: "Azərbaycanda milli, dini, məzhəb zəminində heç vaxt qarşıdurma olmamışdır və olmayacaqdır. Bunun qarantı Azərbaycan dövlətidir, Azərbaycan xalqıdır. Biz dünyanın müxtəlif yerlərində baş verən xoşagəlməz hadisələri təhlil edərkən öz siyasətimizi bundan sonra daha da inamla aparmalıyıq. Azərbaycan vətəndaşları təhlükəsizlik şəraitində yaşayırlar, yaşayacaqlar. Azərbaycanda ictimai-siyasi asayiş tam şəkildə təmin edilir. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Bu əsas şərtlər imkan verir ki, biz gələcəyimizi planlaşdıraq, gələcəyə böyük nikbinliklə baxaq. Daxili sabitliyin möhkəmləndirilməsi üçün əsas şərt xalqla iqtidar arasındakı birlikdir. Bu birlik vardır. Birliyin təməlində dövlət siyasəti dayanır. Mən bu barədə öz fikirlərimi dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, təhlükəsizliyi, qayğıları, rifahı dayanır. Ona görə, xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin əsas şərtidir. Görəndə ki, başqa bölgələrdə, başqa yerlərdə sabitlik pozulur və qardaş qanı tökülür, əlbəttə, bu, bizi çox incidir, üzür və eyni zamanda, Azərbaycan təcrübəsinə dünyanın diqqətini bir daha cəlb edir. Gənc nəslimizi vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə etmək hər bir şüurlu vətəndaşın, dövlətin borcudur. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Mən şadam ki, Azərbaycanda çox dəyərli, bilikli, savadlı gənc nəsil yetişir. O gənc nəsil ki, gələcəkdə ölkəmizi idarə edəcək. Bu gün gənclərimiz qürur hissi ilə deyirlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Çünki doğrudan da bu gün ölkəmizdə gedən uğurlu inkişaf prosesi hər bir vətənpərvər insanın qəlbini qürurla doldurur. Milli mənəvi dəyərlər, ənənələr, bizim dini dəyərlərimiz əminəm ki, bundan sonra da inkişafımızın əsas istiqaməti olacaqdır”.

Onu da qeyd etmək yerinə düşər ki, dini radikalizmi yalnız islama xas məsələ deyil. Dini radikalizmi xristianlıqda da var, hətta ən tolerant din olan buddizmin içərisində də var. Hətta yəhudiliyin içərisində də dini radikalizmi və ekstremizmi elementləri var. Ona görə də dini radikalizmə və dini ekstremizmə qarşı mübarizə beynəlxalq xarakterli bir məsələdir. Buna görə də bütün dövlətlərin həmrəy olması vacibdir. Çünki dini radikalizmi və dini ekstremizmi nəticədə terrora gətirib çıxarır. Bu xristian terroru da ola bilər, müsəlman terroru da ola bilər. Terrorun da milliyyəti, dini və cinsi olmur. Ona görə də, burada dövlətlərin əməkdaşlığına böyük ehtiyac var.

Səid Əhmədli

Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Din və Demokratiya Mərkəzi İctimai Birliyi tərəfindən "Dinin siyasiləşdirilməsi meyllərinə qarşı mübarizə” mövzusunda maarifçilik tədbirlərilayihəsi çərçivəsində çap olunur.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!