Gömrük Komitəsi rüşvət alan əməkdaşı barədə açıqlama yaydı

2019-07-03 18:10:30 / 1540 dəfə oxunub

Gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Komitədən  verilən məlumata görə, 28 iyun 2019-cu il tarixdə "İrşad Trade 2018” MMC-nin ünvanına konteynerlə daxil olmuş velosiped yüklərinin gömrük yoxlanmasını növbəti günə keçirməmək və tezləşdirmək müqabilində Dövlət Gömrük Komitəsi Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Şeyxov Duman Hüseyn oğlunun qeyri-qanuni olaraq şirkət nümayəndəsindən 400 manat pul alması barədə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə məlumat daxil olub.

Dərhal Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi Duman Şeyxov saxlanılıb və faktla bağlı qanunvericiliyə uyğun olaraq araşdırma aparılıb. Aparılan araşdırmaların və gömrük əməkdaşının dindirilməsinin nəticəsi olaraq o, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək” ticarət mərkəzində qeyd olunan yüklərin boşaldılması və gömrük yoxlamasının tezləşdirilməsi müqabilində qeyri-qanuni 400 manat aldığını etiraf edib. Bundan sonra Duman Şeyxov şalvarının sol cibində olan 4 ədəd 100-lük manat nominalında pul əskinaslarını könüllü olaraq təqdim edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Şeyxov Duman Hüseyn oğlu "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülüb.

Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!