Azərbaycanda cinsi təcavüz olayları mətbuatdan gizlədilir?..

2019-07-05 16:46:53 / 415 dəfə oxunub

Dünyada cinsi zorakılıqla bağlı cinayətlərin sayı artıb. Qonşu dövlətlərin, həmçinin qardaş Türkiyənin xəbər saytlarını açdıqda, demək olar ki, hər gün bir neçə təcavüz haqda informasiya rastlaşırıq.

Azərbaycanda necə, bu kimi hadisələr azlıq təşkil edir, ya informasiyalar media qurumlarından gizlədilir?


Mövzu barədə keçmiş polis rəsisi Mahmud HacıyevModern.az-aaçıqlama verib:


"Mən deməzdim ki, təcavüzlə bağlı olan xəbərlər KİV-dən gizlədilsin. Düşünürəm ki, bu hal coğrafi şəraitlə bağlı məsələdir, yəni regionlar üzrə təcavüzlərin azlığı və ya çoxluğu dəyişir. Qafqaz regionu var, Şimali Qafqaz regionu var, Rusya, Mərkəzi Avropa və s.regionlar var. Bizim regionda bu kimi hallara az təsadüf olunur. Bu həm də milli mentalitetlə bağlı məsələdir. Cinsi zorakılıq bizim milli mentalitetimizə xas olan hadisə deyil. Məhz buna görə də belə hallar bizdə azlıq təşkil edir. Nəinki biz, ümumilikdə Qafqaz regionu bu tip cinayətləri aqressiv qarşılayır, hətta sonda qan davasına kimi gedir çıxır.

Lakin regionlar var ki, bunu mentalitet dəyəri kimi qarşılamır, hətta deyərdim ki, "qanunauyğunluq” kimi baxırlar. Xüsusilə Avropa ölkələri bu tip cinayət hadisələrinə dırnaqarası baxırlar. Mən bunu sivilizasiya hesab etmirəm, amma çox sivilizasiyalı, irəli getmiş ölkələr buna adi hadisə kimi baxırlar.

Bizdə qadınlara qarşı böyük hörmət olub, istər yaşlı, istər gənc, ortayaşlı xanım olsun.Qafqaz kişiləri xanımlara böyük hörmətlə yanaşır”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!