Vaqif Əsədov toy karvanlarının qayda pozuntusundan DANIŞDI

2019-07-05 16:37:00 / 1414 dəfə oxunub

Son illər bir neçə dəfə bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanları hərəkət zamanı ciddi xətalara yol verib, nəticədə iki gəncin xoş günü yasa çevrilib. Sürücülər yol hərəkəti qaydalarını ciddi şəkildə pozduğu üçün polis əməkdaşları toy karvanlarına nəzarət gücləndirib.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi idarəsinin bölmə rəisi, polis polkovniki Vaqif ƏsədovModern.az-a toy karvanlarına edilən nəzarətdən danışıb.


"Yol hərəkətində təhlükəsizliyin təmin edilməsi daim nəzarətdədir və bu istiqamətdə tərəfimizdən məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün toy karvanlarına həm ərazidə xidmət aparan polislər, həm də Bakı şəhər ərazisi üzrə quraşdırılmış müşahidə kameraları tərəfindən nəzarət edilir. Bəy-gəlin cütlüyünün müşayiətində yol hərəkəti qaydalarını pozanlar, digər xətalara yol verənlər dərhal müşahidə kameraları ilə aşkarlanırsa, barələrində tədbirlərin görülməsi üçün fotomateriallar hazırlanır. Sonradan həmin sürücülər barədə təcili tədbirlər görülür. Buna görə də toy karvanlarında yol hərəkəti qaydalarının pozulması ilə az rastlaşırıq”.

Vaqif Əsədov deyir ki, vətəndaşlar da toy karvanında yol hərəkəti qaydalarını pozan sürücülərin aşkarlanmasında bilavasitə yardımçı olur:

"Bəzən müşahidə kameraları və ya polis əməkdaşları vasitəsi ilə yox, sıravi vətandaşların köməyi ilə qaydaları pozanları aşkar edə bilirik. Belə ki, insanlar yolda gördükləri hər hansı qayda pozuntusunu çəkib sosial şəbəkə üzərindən paylaşr. Bu da bizə kömək edir ki, həmin sürücüləri rahatlıqla tapa bilək”.

Bölmə rəisi yol hərəkəti iştirakçılarını diqqətli olmağa çağırıb:

"İki gəncin ailə qurması bizi də sevindirir. Lakin eyni zamanda tələb edirik ki, sürücülər bəy-gəlin cütlüyünün müşayiətində əlamətdar gün olmasına baxmayaraq, yol hərəkəti qaydalarını pozmasınlar. Bütün yol boyu qanunvericiliyin qaydalarına uyğun hərəkət etsinlər”.


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!