Cavid Osmanov: Bu qərar mədəniyyətimizin beynəlxalq aləmdə təbliğatının nəticəsidir

2019-07-08 15:12:32 / 2936 dəfə oxunub

"UNESKO-nun Dünya İrs Siyahısı beynəlxalq irsin siyahısıdır. Şəkinin qədim hissəsinin, Yuxarı Baş Qoruğun və Şəki Xan Sarayının UNESKO-nun Dünya İrs Siyahısına salınması Azərbaycanı dünyada daha da tanıdacaq.” Bu fikirləri "İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov   bildirib.

Milli Məclisin deputatı Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsinin tarixi uğur olduğunu vurğulayıb: "Bu, təbii ki, Azərbaycan diplomatiyasının, xarici siyasətinin uğurudur və ölkə mədəniyyətnin beynəlxalq aləmdə təbliğatının nəticəsidir. Şəki ilə bağlı qərarın verilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlər mühüm rol oynayıb. Bilirsiniz ki, Mehriban xanım Əliyeva UNESKO-nun xoşməramlı səfiridir, həmin təşkilatla sıx işləyir. Şəki artıq bəşəriyyətin irsi sayılır, ona görə də oraya diqqət artırılacaq. Bu, ölkə üçün çox əhəmiyyət daşıyır.”

C.Osmanov onu da bildirib ki, bu qərar ölkənin turizm potensialının genişlənməsinə da təkan verəcək: "Şəkinin siyahıya salınması ölkə mədəniyyətinin təbliğatı üçün mühüm rol oynayacaq. Bu qərar Azərbaycanın növbəti uğuru, zəfəridir. Biz sevinirik, qürür hissi keçiririk ki, abidələrimiz UNESKO-nun Dünya İrs Siyahısına daxil edilir.”

Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!