İlham Əliyev: Donald Tuskla gələcək əməkdaşlığı planlaşdıracağıq

2019-07-09 16:30:25 / 1385 dəfə oxunub

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edib.

AZƏRTAC-ın məlumatına əsasən, bunu iyulun 9-da Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə təkbətək görüşündə deyib.

İlham Əliyev Donald Tusku Azərbaycanda görməkdən çox şad olduğunu bildirib:

"Mən sizin Azərbaycana bundan əvvəlki səfərinizi xatırlayıram. O vaxtdan bu yana Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edib.

Biz çox sayda görüş keçirmişik və çox uğurla inkişaf edən əməkdaşlığımızla bağlı geniş spektrli məsələləri müzakirə etmişik. Bu, çox sahələri əhatə edir və biz tərəfdaşlığımızı yeni səviyyəyə yüksəltməyə nail olmuşuq”.

Dövlət başçısı səfərin çox uğurlu olacağını vurğulayıb:

"Əlbəttə ki, biz gündəliyimizdə duran məsələləri müzakirə edəcəyik və Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığı planlaşdıracağıq. Əminəm ki, qarşıdakı illərdə biz tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik, bu da Azərbaycanın maraqlarına xidmət edir. Ümidvaram ki, uğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək”.

D.Tusk isə bildirib ki, Bakıda, Azərbaycanda olmaq hər zaman böyük məmnuniyyətdir:

"Bu, yəqin ki, mənim Avropa İttifaqı Şurasının Prezidenti qismində Bakıya son səfərimdir. Mənim niyyətim Avropada bizim hamımız üçün Sizin ölkənizlə mümkün qədər ən yaxşı əlaqələrə sahib olmağın nə dərəcədə mühüm olduğunu vurğulamaqdan ibarətdir. Mənim mesajım tamamilə aydındır.

Mən bizim əlaqələrimizə gəldikdə, Sizin şəxsi rolunuzun, şəxsi iştirakınızın nə dərəcədə əhəmiyyətli olduğunu bilmənizi istəyirəm. Mən Sizin səylərinizi həqiqətən qiymətləndirirəm. Siz hər zaman çox konstruktivsiniz və Sizin çox müsbət və konstruktiv rolunuz sayəsində bizim görüşlərimiz də olduqca səmərəli keçir”.


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!