Mehriban Əliyeva MEDEF Biznes Şurasının prezidenti ilə görüşüb

2019-07-10 16:08:08 / 281 dəfə oxunub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyulun 10-da Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ilə görüşüb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönü Azərbaycanda görməkdən şad olduğunu bildirdi. Mehriban Əliyeva Azərbaycan ilə Fransa arasında uğurlu əməkdaşlığın qurulduğunu qeyd etdi, bu əməkdaşlığın bir çox sahələri əhatə etdiyini diqqətə çatdırdı. Birinci vitse-prezident siyasi, iqtisadi, humanitar əlaqələrin əhəmiyyətindən danışaraq, bu münasibətlərin iki ölkə arasında əməkdaşlığın daha da inkişafına xidmət etdiyini bildirdi. Birinci vitse-prezident enerji sahəsindəki əməkdaşlığın uğurla davam etdirildiyini dedi, Fransa şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunda fəaliyyətlərinin genişləndilməsi üçün böyük potensialın olduğunu vurğuladı.

MEDEF-in Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö Fransa müəssisələrinin 170-ə yaxın nümayəndəsinin ölkəmizə səfər etdiyini bildirdi, Azərbaycanda keçirdikləri görüşləri yüksək dəyərləndirdi, ölkələrimiz arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu dedi. Enerji sektorunda əldə edilən nailiyyətlərdən danışan qonaq Fransa şirkətlərinin qeyri-neft sahəsində - informasiya texnologiyaları, innovasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi istiqamətlərdə əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırdı. Jofrua Ru de Beziö Fransa şirkətlərinin Azərbaycanda daha da fəal çalışmaları üçün ölkəmizdə bütün şəraitin mövcud olduğunu diqqətə çatdırdı.

Görüşdə bu ilin martında Mehriban Əliyevanın Fransaya səfərinin ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!