FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə qəbul elan edilib

2019-07-10 18:06:31 / 1273 dəfə oxunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti "BC” kateqoriyalı sürücülük vəsiqəsi olan Bakı sakinlərinin Bakı ərazisində yerləşən yanğından mühafizə bölmələrində sürücü vəzifəsində işləməsi üçün xidmətə qəbul elan edib.

Sabahinfo.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, uyğun bacarığı olan, müddətli həqiqi hərbi xidmət keçmiş, 01.08.2019-cu il tarixinədək 30 yaşı tamam olmayan, tam orta və yaxud orta ixtisas təhsilli, boyu 170 sm və yuxarı şəxslər 12-13 iyulda Bakı şəhəri, Binəqədi rayonu, Hüseyn Seyidzadə küçəsi, 40 ünvanında yerləşən Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə müraciət edə bilərlər.

Əlavə məlumat üçün (012) 512-24-46 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!