Komitə sədri: Ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır

2019-07-10 11:47:34 / 342 dəfə oxunub

Ermənilərin Quba-Xaçmaz bölgəsində yaşayan yəhudilərə qarşı etdikləri amansızlıqlar onların yəhudilərə qarşı münasibətinin necə olduğunu göstərir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsrailin "The Jerusalem Post” qəzetində ermənilərin antisemitist mövqeyinə dair dərc edilən məqaləyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan monoetnik dövlətdir: "Ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır. Sovetlər dönəmində Ermənistan ərazisində yəhudi olmayıb. Bu gün də orada yəhudi yoxdur və olsa belə, çox az halda rast gəlinir. Ümumiyyətlə, bu, bir erməni xislətidir. Onlarda nəinki yəhudilərə qarşı, bütün xalqlara qarşı nifrət var”.

Xatırladaq ki, jurnalist Cessi Boqner "The Jerusalem Post”da dərc olunan məqaləsində son vaxtlar xristianlar tərəfindən antisemitizmin güclənməsinin müşahidə olunduğunu yazıb. C.Boqner nümunə qismində Qüdsdə erməni kilsəsinin 60 seminaristinin Şavuot bayramı ərəfəsində antisemit aksiya keçirdiyini göstərib:

"Bu aksiya xristianların hələ də yəhudilərə hücum etməyə meyilli olduğunu göstərdi və Ermənistanda antisemitizmin artmasının bariz təzahürünə çevrildi”.

Müəllif Ermənistan cəmiyyətində sistemli antisemitizmə dair çoxsaylı sübutların olduğunu qeyd edib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!