"Nurlu Əməllərin işığında "filminin ilk təqdimatı keçirildi

2019-07-13 10:27:07 / 847 dəfə oxunub
Milyonçu Ağa Musa Nağıyevə həsr olunmuş "Nurlu Əməllərin işığında "filminin ilk təqdimatı Beynəlxalq Mətbuat Mərkəzində yüksək səviyyədə keçirildi. Millət Vəkillərinin, alimlərin, ziyalıların , QHT nümayəndələrinin, şair və yazarların , KİV və TV  iştirak etdiyi tədbir filmin ilk baxışı ilə başladı. Milyonçunun nəvəsi hörmətli Dilarə Nağıyevanın uzun illər apardığı araşdırmaların, yazdığı kitabların, elmi əsərlərinin nəticəsində hazırlanan ssenari əsasında çəkilən filmin müzakirəsində "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İ.B.üzvləri də iştirak etdilər. Dilarə xanımın fəaliyyətinə dəyər verən xanımlar,onun  ğənclərə nümunə və örnək olduğunu qeyd edib, gələcək işlərində müvəffəqiyyətlər arzuladılar. Bu sənədli filmin arxasınca yeni bədii filmlərin çəkilməsini arzuladılar. Azərbaycanın tarixində əməlləri ilə yeni tarix yazan Prezident təqaüdçüsü, yazar,alim Dilarə Nağıyevaya xalq şairi Vahid Əzizin şerində "Mənə uzun ömür arzulamayın" deyildiyi kimi  elə ömür arzulayırıq ki,qapı,pəncərəsini özü açıb ,bağlasın,dostlarını özü qarşılayıb,özü yola sala bilsin,Ağa Musa Nağıyevin və diğər milyonçularımızın xeyirxah işlərini,Milli Dəyərlərimizi dünyaya yaya bilsin.Sizə ğələcək planlarınızda uğurlar....



"AQRC"İ.B. sədri 
Bahar Qasımova
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!