Araz heyvandarlı –südçülük İctimai Birliyi gənc fermerlərə maarifləndirici təlimlər keçirilib

2019-07-12 18:49:21 / 2560 dəfə oxunub

Araz heyvandarlı –südçülük İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə12/07/2019-cu il tarixində Beyləqan rayonunda "Araz ətrafı rayonların sosial-iqtisadi inkişafı ilə bağlı istehsal və xidmət sahələrini əhatə edən sahibkarlığın inkişafına dəstək və maarifləndirmə”adlı layihə çərçivəsində ikici təlimini keçirib .

Layihə rəhbəri bildirib ki, hazırkı dövrdə ərzaq təhlükəsizliyi ilə Azərbaycanda həyata keçirilən vacib məsələlərdən biridəAqrar sektorun inkişaf etdirilməsi, bu sahədə sahibkarlığın stimullaşdırılması,yerli səviyyədə istehsal və xidmət sahələrinin imkanlarını artırmaqla xaricdən məhsulların, xüsusəndə ərzaq məhsullarının gətirilməsini azaltmaq və bununlada ölkəmizdə müxtəlif çətinliklərin qarşısını almaq imkanları əldə etməkdir. Son zamanlar dünyada baş verən iqtisadi-siyasi proseslər və bunun ölkəmizə təsiri, yerli səviyyədə aqrar sektorun fəaliyyətinin güclənməsini zəruri edir. Bu baxımdan hazırki, dövrdə regionlarda aqrar sektorda çalışanlar arasında əməkdaşlığın güclənməsinə, onların bilik və bacarıqlarının artırılmasına, onların müasir, texnologiyalarla tanış olmasına və onu öz praktik fəaliyyətində tətbiq etməsinə yardım göstərmək çox vacibdir.

Araz ətrafı rayonlarında öz zəhmətləri ilə uğur qazanmış çox saylı inkişaf etmiş sahibkarlar mövcuddur. Yerli icma, bələdiyyələr, inkişaf etmiş sahibkarlarla görüşlər və müzakirələr onu deməyə əsas verir ki, gənc fermerlərə (ozünü doğrultmayan) yaxından dəstək göstərilərsə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rola malik ola bilərlər. Birgə əməkdaşlıqla texniki problemlərini həll edə və məhsul satışınıda təmin etmiş olarlar.

Eyni zamanda müasir innovativ texnologiyaların fermerlər arasında təbliği, onların bu texnologiyalardan istifadə etməklə öz bizneslərini genişləndirmək imkanları və öz istehsal etdikləri məhsulları daha ekoloji təmiz hala gətirilməsi üçün imkanlardan faydalanması çox yaxşı olardı.

gənc fermerlər arasında təlim keçirib.Təlim gənc fermerlərin kooperasiya təsərrüfatının yaradılması, müasir texnologiyadan istifadə və tətbiq etməklə , məhsullun kefiyyət kəmiyyət ,maya dəyərinin aşağı düşməsi yerli istehsalı gücləndirərək rayonların sosial- iqtisadi inkişafı ilə bağlı istehsal və xidmət sahələrini əhatə edib.

Layihənin müddəti 01/05/2019-01/09/2019-cu il tarixlərini əhatə edir



Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!