Yeni çay sortlarının istehsalı dünya bazarında Azərbaycanın rəqabət qabiliyyətini artırır

2019-06-13 16:31:44 / 2390 dəfə oxunub
Azərbaycanda qeyri-neft sektorunun inkifına verilən diqqət dövlət büdcəsinin neft amilindən asılığının aradan qaldırılmasına hesablanıb. Ölkədə həyata keçirilən iqtisadi islahatların mahiyyətində də məhz qeyri-neft sektorunun unkişafı əsas hədəflərdən hesab olunur. Bu baxımdan ölkədə çayçılığın inkişafı prioritet məsələlərdən hesb olunur. 

Elə Azərbaycanda "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda da yeni məhsuların istehsalı vəzifə kimi qarşıya qoyulur. Bəs Dövlət Proqramında göstərildiyi kimi yeni məhsuldar rayonlaşdirilmış çay sortlarının yaradılması istiqamətində əlaqədar təşkilatlarda hansı işlər görülür? Bununla bağlı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq ET İnstitutu ilə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev qeyd edib ki, ölkədə mövcud olan çay plantasiyalarında çay kolları məhsuldarlıqlarına, yarpaq keyfiyyətinə, zoğvermə intensivliyinə, vegetasiya müddətinin uzunluğuna, budaqlanma xarakterinə, generativ fəaliyyətinə, quraqlığa və soyuğa davamlılığına və ən nəhayət istehsal edilmiş quru çayın keyfiyyətinə görə bir-birindən xeyli dərəcədə fərqlənirlər. 

Plantasiyada çay kollarının yekcins olmaması, nəticədə məhsuldarlığa və məhsulun keyfiyyət göstəricilərinə təsir göstərməklə, emal texnologiyasının işini və yüksək keyfiyyətli məhsul istehsalında da bir sıra çətinliklər yaratmış olur. Göstərilən bütün bu məsələləri nəzərə alaraq, təsərrüfat əlamətləri ilə fərqlənən sort-klonların yaradılmasına xüsusi diqqət yetirilməlidir. Bu baxımdan Az. ETB və SBİ-nin Lənkəran Çay filialında ilk olaraq prof. F.A.Quliyev və b.e.n. M.M. Babayev çay bitkisinin vegetativ üsulla çoxaldılması metodunu işləyib hazırlamışlar. Bundan sonra isə çayın bölgə şəraitində klon seleksiyası üzrə elmi tədqiqat işləri genişləndirilmişdir. Klon seleksiyası üsulu ilə əldə etdiyimiz yüksək məhsuldar və yüksək keyfiyyətli çayın yeni forma-klonları respublikada çayçılığın müasir elmi əsaslar üzərində inkşaf etdirilməsi işində mühüm rol oynaya bilər. Bu forma-klonlar Lənkəran Astara subtropik bölgəsinin çay plantasiyalarında klon seleksiya işləri əsasında təsərrüfat qiymətli anaclıq çay kolları seçilmiş və onların üzərində elmi-tədqiqat işləri davam etdirilmişdir. Anaclıq çay kollarının morfolojı, biolojı, məhsuldarlığı və məhsulun keyfiyyət göstəriciləri öyrənildikdən sonar həmin anaclıq kollardan çilinglər tədarük edib, vegetativ üsulla coxaldılaraq Lənkəran çay filialının klon tədqiqi təcrübə sahəsində yerləşdirilərək hərtərəfli və müqaisəli öyrənilmişdir. Yeni yaradılmış sortlar əvvəllər rayonlaşmış çay sortu "Azərbaycan-2” (nəzarət) ilə müqayisələr aparılmış, kolların həcmi, budaqlanma dərəcəsi, yarpaqların buğumarası məsafəsi, fleşlərin kütləsi, kolların zöğvermə intensivliyi və sair haqda məlumatlar toplanmış və müqayisəli şərhi vermişdir. Məlum olmuşdur ki, yeni yaradılmış sortlarda fenofazaların keçməsi arasındakı fərqlər müxtəlif olmuşdur. Rayonlaşmış "Azərbaycan-2” ilə müqayisədə vegetasiyanın başlanması adətən aprel ayının avvəllərinə təsadüf etdiyi halda, yeni rayonlaşdırılmış sortlar içərisində ən tez vegetasiya başlama- "Fərmançay”, "Lənkəran”, "Xəzər”, "Fərmançay çəhrayı” sortlarda müşahidə edilmişdir. Daha sonra yarpaq ayəsinin səthi nəzarət variantına nisbətən göstəricilər xeyli yüksəkdir. Vahid sahədə toplanmış normal fleşlərin kütləsi nəzarət variantında 45,0 qr və kar fleşlərin kütləsi 18,0 qr olduğu halda, yeni rayonlaşdırılmış çay sortlarında bu muvafiq olaraq 70,2-105,7 və 17,4-32,7 qr təşkil etmişdir. Bu kimi əsaslı fərqlər digər morfoloji xususiyyətlərin öyrənilməsi zamanı da müşahidə edilmişdir. Yeni rayonlaşdırılmış çay sortlarının müqayisəli öyrənilməsi zamanı biometrik ölcülər aparılmış, yarpaqların uzunluğu, eni və yarpaq ayəsinin səthi, kolların zoğvermə intensivliyi də müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, adətən may ayında yarpaq səthi daha böyük, sentyabrda nisbətən kicik olmuşdur. Lakin ümümi yarpaq səthi sahəsinə gəldikdə isə, bu, nəzarət variantına nisbətən yeni rayonlaşdırılmış sortlarda daha böyük səthinin olması müəyyən edilmişdir. Misal ücün, nəzarət ("Azərbaycan-2”) variantında yarpaq səthinin orta göstəricisi may, iyun, sentyabr aylarında müvafiq olaraq 12,7, 11,8, 13,0 sm2 olduğu halda, yeni rayonlaşdırılmış sortlarda yarpaq ayəsinin orta səth ölcüləri daha yüksək mayda 20,2-29,9; iyulda - 17,8-23,6 və sentyabrda - 14,4-25,3 sm2 təşkil etmişdir. 

Başqa sözlə yaradılmış yeni sortlarda demək olar ki, yarpaq sahəsinin ölcüləri nəzarət variantından 1,5-2 dəfədən cox böyükdür. Çay kollarının zoğvermə intensivliyini öyrənərkən məlum olmuşdur ki, yenicə rayonlaşdırılmış sortlar bu cəhətdən də nəzarət ("Azərbaycan-2”) variantı ilə müqayisədə böyük üstünlük təşkil edirlər. Burada yeni yaradılmış sortlar sentyabrın ikinci dekadasına qədər 3-4 vegetasiya mərhələsini keçdiyi halda, nəzarət variantında yalnız 2 vegetasiya mərhələsini keçmişdir. Başqa sözlə, vegetasiya mərhələsi ərzində 4-6 və daha cox çay yarpağı məhsulu yığmaq imkanı olduğu halda, nəzarət variantında isə bu, yalnız 2-3 dəfə mümkün olmuşdur. Yenicə rayonlaşdırılmış "Fərmançay”, "Lənkəran”, "Fərmançay çəhrayı” və "Xəzər” sortlarının yaşıl yarpaq məhsuldarlığına görə müqayisəli öyrənilməsi göstərir ki, nəzarət ("Azərbaycan-2 ”) variantında orta məhsuldarlıq 450 sen/ha təşkil etdiyi halda, yenicə rayonlaşdırılmış çay sortlarında bu rəqəm daha yüksək, nəzarətə nisbətən 78,5-51,2 sen/ha və ya 70%-dən yüksək olmuşdur. Sözsüz ki, bu göstərici aqrotexniki qulluq işlərinin yaxşılaşması nəticəsində daha da yüksək olacaqdır. Yaşıl yarpaq və ondan hazırlanmış quru çay məhsulunun da keyfiyyət göstəriciləri (tanin, ekstraktiv maddələrin miqdarı) bu ana kimi rayonlaşmış "Azərbaycan-2” (nəzarət) sortu ilə müqayisədə yeni yaradılmış və rayonlaşdırılmış "Fərmançay”, "Lənkəran”, "Xəzər”, "Fərmançay çəhrayı” sortlarında bu göstəricilər böyük üstünlük təşkil edir.

Həsən

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyinin həyata keçirdiyi "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı barədə fermerlərin məlumatlandırılması " layihəsi çərçivəsində çap olunur.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!