Deputat azərbaycanlı hərbçiləri təxribata çəkən gürcüləri tərbiyəsiz adlandırdı

2019-07-15 16:28:54 / 841 dəfə oxunub

Ötən gün "Keşikçi Dağ" Məbəd-Kompleksində insident yaşanıb. Kompleksdəb bələdçi çalışan vətəndaş azərbaycanlı sərhədçilərin kilsədən ikonaları icazəsiz götürdüklərini iddia edib. Bununla bağlı sərhəddə insident yaşanıb.

Məsələ ilə bağlıModern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, kimliyindən asılı olmadan Azərbaycan sərhədçisinin silahının əlindən alana qarşı sərt qarşılıq verilməlidir.

"Mənim fikrimcə, bu məsələdə heç bir güzəşt ola bilməz. Gürcüstandan 1-2 tərbiyəsiz gəlib Azərbaycan sərhədçisinin silahını əlindən alacaqsa, bu, Azərbaycanın milli maraqlarına qarşı çıxış deməkdir. Ona görə bu məsələdə güzəştli davranmaq olmaz. Hesab edirəm ki, bizim də qeyri-hökumət təşkilatları adı ilə mülki şəxslərimiz orada olmalıdır. Bu cür həyasızlıq edən hər hansı bir şəxslərə qarşı da çox sərt davranılmalıdır. Məhz bu hadisələr onu göstərir ki, hansısa bir sivil addım adı ilə Azərbaycana qarşı təxribatı genişləndirmək istəyirlər,vbuna hərvhansı şəkildə yol verilməməlidir”.

Deputat bildirib ki, hazırda delimitasiya gedir:

"Amma yenə də həmin yerlər Azərbaycanın ərazisidir. Azərbaycanda erməni kilsəsi də var, o demək deyil ki, Bakının mərkəzindəki həmin kilsə Ermənistan ərazisidir. Belə axmaqlıq olar?! Bunlar hansı məntiqlə belə bir yanaşma ortaya qoyurlar? Ona görə də mənim fikrimcə, bu məsələdə daha sağlam davranmalıyıq və maraqlarımızı qoyuyan istiqamətdə addımlar atmalıyıq. Bu cür təxribatçı addımların da qarşısını sivil qaydada almalıyıq. Əgər oradan qeyri-hökumət təşkilatı adı ilə bir-iki dələduz gəlib Azərbaycan sərhədçilərinə qarşı bu hərəkəti edirsə, Azərbaycandan da sivil toplum adı ilə mülki şəxslər keşik çəkməli və hər hansı şəkildə belə təxribatların olmasına imkan verilməməlidir”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!