HƏBSXANADA NÖVBƏTİ VƏHŞİLİK – Azərbaycanlı məhbusa da işgəncə verilib + VİDEO(18+)

2019-07-17 15:37:30 / 1997 dəfə oxunub
Rusiya mətbuatında həbsxana gözətçilərinin məhbuslara qarşı törətdikləri qanunsuzluqları, işgəncələri əks etdirən kadrlar yayımlanıb.
Həmin kadrlarda işgəncəyə məruz qaldığı aşkar görünən iki məhbusdan biri azərbaycanlıdır.

Belə ki, məhbuslara qarşı "profilaktik tədbirlərlə” bağlı rəhbərliyə məruzə edən həbsxana işçisi onlardan birinin Abdullayev Coşqun Əhmədiyyə oğlu olduğunu deyir. Bildirir ki, C.Abdullayevin üzərində bir ədəd üzqırxan aşkarlanıb. Kadrlardan o da görünür ki, C.Abdullayev həbsxana işçilərinin hücumuna məruz qalarkən özünə xəsarətlər yetirməyə çalışır. Daha sonra onu yerlə sürüyərək, döyürlər.

Qeyd olunur ki, bu kadrlar həbsxana işçisinin üzərindəki kamera vasitəsilə qeydə alınıb. Həmin görüntülərin məhbuslara qarşı işgəncələri əks etdirən hissələri pozulsa da, sonradan ekspertlər onları bərpa edə biliblər.

Bu görüntülər Rusiyada ciddi əks-səda doğurub və hüquq müdafiə təşkilatlarının müdaxiləsindən sonra həbsxana işçilərinə qarşı cinayət işi açılıb. Qeyd edək ki, hadisə Yaroslavl şəhərindəki 1 nömrəli həbsxanada hələ 2016-cı ildə baş versə də, onun görüntüləri yeni üzə çıxıb və bundan dərhal sonra baş verənlərlə bağlı cinayət işi açılıb.

Kadrlarda göstərilir ki, C.Abdullayev 3 il yarım müddətinə azadlıqdan məhrum edilib. Onun artıq neçə müddət həbsxanada olduğu isə bildirilmir. Bunları nəzərə alsaq, güman etmək olar ki, həmin şəxs artıq azadlıqdadır.
(azpolitikainfo)



Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!