Prezident federasiya rəhbərini qəbul edib - Yenilənib

2019-07-24 16:30:06 / 1622 dəfə oxunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Beynəlxalq Astronavtika Federasiyasının prezidenti, Fransa Kosmik Agentliyinin rəhbəri Jan-İv Lö Qalı qəbul edib.

Sabahinfo.az xəbər verir ki, görüşdə Azərbaycanda kosmik sənayenin inkişafında əldə edilən uğurlar qeyd olunub, yüksək texnologiyaların, o cümlədən kosmik sənayenin ölkəmizdə prioritet sahələrdən biri olduğu bildirilib, Azərbaycanın artıq üçüncü süni peykinin orbitə buraxılması mühüm hadisə kimi dəyərləndirilib və ölkənin dünya kosmik ailəsinin üzvü olmasının əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kosmik sənaye sahəsində uğurla inkişaf etdiyi bildirilib, eyni zamanda, ölkəmizin Beynəlxalq Astronavtika Federasiyası ilə də əməkdaşlığının genişləndirilməsindən məmnunluq ifadə olunub.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!