Əli Əhmədov: Bir çox məsələlərdə ABŞ və Azərbaycanın maraqları üst-üstə düşür

2019-07-24 16:37:01 / 1615 dəfə oxunub

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb.

Trend-in məlumatına görə, görüşdə Ə.Əhmədov bildirib ki, Azərbaycanla ABŞ arasında çox yaxşı münasibətlər var və biz bunun inkişafında maraqlıyıq.

Baş nazirin müavini diqqətə çatdırıb ki, bir çox məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür və bu da əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

Ə.Əhmədov xüsusilə iqtisadi əməkdaşlıqdan danışaraq bildirib ki, Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində ABŞ şirkətləri yaxından iştirak edir.



Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!