Ərdoğan Türkiyəni təhdid edənlərə meydan oxudu

2019-07-24 15:40:11 / 633 dəfə oxunub
"Şərqi Aralıq dənizi və Suriyanın şimalında atdığımız addımlar millətimizin və Kipr türklərinin haqq, hüquq və mənfəətlərini qoruma məsələsindəki həssaslığımızı açıq şəkildə ortaya qoyur”.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanının Lozanna müqaviləsinin 96-cı il dönümü ilə bağlı təbrik mesajında bildirilib.

Ərdoğan vurğulayıb ki, heç bir üstü örtülü və açıq sanksiya təhdidi Türkiyəni haqlı davasından əl çəkdirə bilməz: "Dünyanın ən güclü ordularına qarşı apardığımız milli mübarizə ölkəmizin müstəqillik sənədi olan Lozanna müqaviləsinin imzalanması ilə mükafatlanıb. Türkiyə Cümhuriyəti bir əsr öncə olduğu kimi bu gün də müstəqilliyinə, vətəndaşlarının firavanlığı və təhlükəsizliyinə qarşı olan hər cür təhdidi zərərsizləşdirəcək gücə, iradəyə sahibdir”.

Qeyd edək ki, 1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan Lozanna müqaviləsi Türkiyənin indiki sərhədlərini müəyyənləşdirib.(azvision.az)


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!