Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasınna nə vaxt başlanılacaq?

2019-07-29 13:07:46 / 1854 dəfə oxunub

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasının başlanması məsələsinə münasibət bildirib.

Trend-in məlumatına görə, C.Qurbanov qeyd edib ki, sərnişindaşınmaya başlanması təkcə Azərbaycandan asılı deyil. Amma Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına başlamağa hazır olduğunu da vurğulayıb.

C.Qurbanovun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya başlanılmaması digər ölkələrlə əlaqədardır. O qeyd edib ki, Gürcüstan və Türkiyə tərəfləri bu xəttlə sərnişin qatarının işə düşməsinə hazır olduqdan sonra sərnişin daşımalarına başlanılacaq.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!