Bakıda qatar taksini vurdu - 5 yaralı - YENİLƏNİB

2019-07-29 14:16:04 / 570 dəfə oxunub
Səhiyyə Nazirliyi Zirə qəsəbəsində (Qala yolu) qatarın taksini vurması nəticəsində xəsarət alanların durumunu açıqlayıb.

Nazirlikdən Bakupost-a verilən məlumata görə, hadisə zamanı 4 nəfər xəsarət alıb.

Onlardan 22 yaşlı qız qapalı kəllə beyin travması və yuxarı ətrafların sınığı diaqnozu, digər yaralı 20 yaşlı oğlan qapalı kəllə beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar, vəziyyətləri ağırdır.

38 yaşlı kişiyə sol qolun sıyrılmış yarası və sonuncu 33 yaşlı kişiyə sol çiyinin və sol baldırın travması ilə yerində yardım edilib. Onlar xəstəxanaya aparılmalarından imtina ediblər.
***
Bakı şəhəri, Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub.

Bakupost xəbər verir ki, ilkin məlumata görə hadisə nəticəsində biri qadın olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Bakupost-a bildirib ki, hadisə ilə bağlı 12.44 radələrində çağırış daxil olub: "Hazırda əraziyə göndərilən 5 həkim briqadası hadisə yerində işləyir. Yaralıların vəziyyətləri ağırdır".
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!