Sabirabada iki nəfər qorxunc infeksiyaya yoluxdu - Biri öldü

2019-07-31 15:39:27 / 1879 dəfə oxunub

Sabirabadda iki nəfər qara yara xəstəliyinə yoluxub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, onlardan biri ölüb, digərinin vəziyyəti isə ağırdır.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, sözügedən iki nəfər Sabirabad Mərkəzi Rayon Xəstəxanasının İnfeksiya şöbəsinə yüksək hərarətlə müraciət edib:

"Onların əvvəlcə soyuqdəymədən əziyyət çəkdiyiehtimal edilsə də, sonra vəziyyətləri ağırlaşıb. Yaxınları onları xəstəxanaya gətirib. Müayinə zamanı İnfeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qara yara olmasını etimal edib.

Bu səbəbdən də alınan nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərilib.

Taun Əleyhinə stansiyanın mütəxəssisləri qara yara xəstəliyi diaqnozunu təsdiqləyiblər. Diaqnozu bildikdə qohumları xəstələripaytaxta aparmaq qərarına gəliblər. İyul ayının 25-ixəstələr ağır vəziyyətdəKliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

İyul ayının 29-u xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib. Həkimlərin bildirdiyinə görə yara ölənin sağ əlinin baş barmağında olub. Hazırda ikinci xəstənin müalicəsi davam edir”.

Xatırladaq ki, qara yaraxəstəliyixəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir. Bu xəstəlik 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!