Bir vaxtlar milyonçunun yaşadığı evin məşhur bağı acınacaqlı halda - AÇIQLAMA

2019-07-31 15:34:25 / 1847 dəfə oxunub

Sosial şəbəkədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun ərazisindəki bağın baxımsız vəziyyətdə olması ilə bağlı məlumat paylaşılıb.

Məlumatda bağdakı tikililərin uçuq-sökük olması, hovuzun təmizlənməməsindən və s. şikayət edilir.

Məsələ ilə bağlıOxu.Az-ın əməkdaşı İnstitutunİctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva ilə əlaqə saxlayıb.

T.Zeyvəliyeva bildirib ki, bağın ərazisi hər gün təmizlənir:

"Təəssüflər olsun ki, vətəndaşlarımızın bəzilərinin hələ də təmizliyə riayət etmə mədəniyyəti yoxdur. Haradasa natəmizlik, ağacın budağının sındığını gördükdə dərhal həmin problemi aradan qaldırmağa çalışırıq. Bu kimi şikayətləri çəkib yaymaq əvəzinə, institut əməkdaşlarına bildirsələr, məsələ yerində həllini tapar. 12,5 hektar ərazini daim nəzarətdə saxlamaq çətindir. İnsanlar bura gələndə özləri ilə yemək gətirir. İnstitut ərazisi olduğu üçün buna icazə verilməməlidir. Ancaq biz buna icazə veririk. Lakin bəziləri, ümumiyyətlə, təmizliyə riayət etməyi bacarmırlar”.

Şöbə müdiri şikayətdə qeyd olunan bağdakı hovuzun suyunun təmizlənməməsi məsələsinə də münasibət bildirib:

"Bəzi bitkilər var ki, onlara təmiz su vermək olmaz. Hovuza gələn kanal suyu olduğu üçün çirkli görünür. Ancaq biz bu hovuzdan həmin bitkiləri suvarmaq üçün istifadə edirik”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olub. 1966-1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olub. 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri Bölməsinə tabe edilib, ona hüquqi status verilib. 2014-cü ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Dendrologiya İnstitutu adlandırılıb. Hazırda İnstitutDünya Botanika Bağlarının üzvüdür, 100-dən çox Botanika Bağı ilə qarşılıqlı əməkdaşlıq edir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!