“20 Yanvar” İctimai Birliyi yekun tədbirini keçirib

2019-07-30 18:18:17 / 2154 dəfə oxunub

30 iyul 2019-cu il tarixində "20 Yanvar” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi"Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"adlı layihənin yekun tədbirini Beynəlxalq Mətbuat Mərkəzində keçirib.

Tədbir ,Azərbaycan himni ilə başlayıb daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Layihə rəhbəri Sultan Əzimzadə bildirib ki,layihə 3ayı əhatə edib vəvətənpərvərlik hisslərinin və vətən sevgisinin aşılanması istiqamətində olub.3 aylıq layihə çərçivəsində 4 şəhid haqqında məlumatlar toplanaraq kitabça hazırlanmış və Bakı şəhəri ,Lerik və Salyan rayonlarında yeniyetmə və gənclərlə görüş keçirilib,hazırlanmış kitabçalar tədbir iştiraçılarına paylanmışdır.

Layihə rəhbəri S.Əzimzadə sonda bildirib ki, bu istiqamətdə tədbirlərimiz yeniyetmə və gənclər arasında davamlı olacaqdır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!