"Biz Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən narahatıq"

Gərginliyin artması Dağlıq Qarabağda bir müddət əvvəl əldə edilmiş atəşkəs rejiminə əməl olunması barədə razılaşmalarla ziddiyyət təşkil edir.

2019-08-01 18:06:49 / 1452 dəfə oxunub


Sabahinfo.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən narahat olduqlarını deyib:

"Gərginliyin artması bir müddət əvvəl əldə edilmiş atəşkəs rejiminə əməl olunması barədə razılaşmalarla və siyasi vasitələrlə nizamlanmaya nail olmaq barədə açıqlamalarla ziddiyyət təşkil edir. Biz hesab edirik ki, gərginliyin artması qəbulolunmazdır və qarşıdurma tərəflərini təmkin nümayiş etdirməyə, güc tətbiqindən imtina etməyə və vəziyyətin sabitləşməsinə yönəlmiş tədbirlər görməyə çağırırıq".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!