Məşhur dünya çempionu 8 yaşlı qızına təcavüz edirmiş - 18 il CƏZA ALDI

2019-08-01 18:30:25 / 429 dəfə oxunub

Boks üzrə argentinalı keçmiş dünya çempionu Karlos Baldomir qızına qarşı zorakılığa görə 18 il həbs cəzasına məhkum edilib.

Sabahinfo.az ölkə.az-a istinadənxəbər verir ki, istintaq, Baldomirin öz qızına uşağın səkkiz yaşından təcavüz edirmiş. Prokurorluq 14 şahidin ifadəsinə etibar edib. Baldomir qızına qarşı bir neçə cinsi istismar epizodu ilə təqsirli bilinib.

Qeyd edək ki, Baldomir karyerasını 2014-cü ildə başa vurub. 2006-cı ilin iyul ayında Arturo Gattini məğlub edərək Dünya Boks Şurasının (WBC) dünya çempionu kəmərini qazanıb. Həmin ilin noyabrında amerikalı Floyd Mayweatherə uduzaraq titulunu itirib. Baldomir karyerası ərzində 49 qələbə qazanıb və 16 məğlubiyyətə uğrayıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!