Burada çay 15, bir şiş kabab 10, qutab 3 manata verilir

2019-08-06 12:34:14 / 406 dəfə oxunub

Qubanın Qəçreş kəndində bir şiş kabab turistlərə 10 manata, qutab üç manata, çay isə 15 manata təqdim olunur.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, buna səbəb mövsüm zamanı turist axını və iş adamlarının bu vəziyyətdən sui-istifadəsidir.

Xarici turistlərə təkcə yeməklər deyil, digər xidmətlər də şişirdilmiş qiymətlərlə edilir.

Məsələn, beş dəqiqə at sürmək yerli turistə beş manata, xarici turistə 10 manata başa gəlir.

Turizm eksperti Həzrətqulu Əhmədov bildirir ki, mövsüm vaxtı yol kənarında fındıq satandan obyekt sahiblərinə qədər - hər kəs gələn qonağı aldadaraq pul qazanmağa çalışır. Bu obyektlərdə çox vaxt kassa qəbzi də verilmir.

Sahibkarlar isə qiymətlərin baha olmasını icarə haqları ilə əlaqələndirirlər. İddiaya görə, bir mövsüm üçün onlar tutduqları əraziyə 5-20 min manat arası pul ödəyir ki, bu da qiymətlərə təsir edir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!