Şəmkirli iş adamının “Hummer”ini və özünü yandırmasının - TƏFƏRRÜATI

2019-08-07 11:50:29 / 1070 dəfə oxunub

Avqustun 6-da Şəmkirdə yerli sakinin özünü və "Hummer” markalı avtomobili yandırmasının təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupunun baş müfəttişi Eşqin QasımovOxu.Az-a bildirib ki, insident Dövlət Yol Polisi Baş İdarəsinin Şəmkir Rayon Bölməsinin dayanacağında baş verib.

Rayon məhkəməsinin qərarı ilə Yeni həyat kəndinin 1973-cü il təvəllüdlü sakini Qasımov Fuad Aydın oğlunun avtomobilinəiki il yarım əvvəl həbs qoyulub. Buna səbəb kişinin müxtəlif şəxslərə iri məbləğdə pul borclu olması göstərilib. Maşın 51 min manat dəyərində qiymətləndirilib və satışa çıxarılıb.

Kənd sakini bundan sonra qəzəblənərək, özünü və maşınını yandırıb, ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Fuad Qasımovun işi üzrə məhkəmə prosesi 2013-cü ildə başlayıb və indiyədək davam edir. O, daha əvvəl sahibkarlıq fəaliyyəti ilə məşğul olub, lakin sonra müflisləşib.

Faktla bağlı təhqiqat davam edir.


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!