Qadın ərinə yuxu dərmanı verib başqası ilə yatırmış - Beyləqandakı intiharların təfərrüatı

2019-08-08 17:21:57 / 428 dəfə oxunub

Bu günlərdə Beyləqan rayonunun Birinci Şahsevən kəndində baş vermiş faciənin təfərrüatı məlum olub.

Məlum olduğu kimi, iyulun 31-də sevgili cütlük – qadın aşpaz və kənd uşaq bağçasının gözətçisi intihar ediblər. Bundan başqa, aldadılmış ər arvadının xəyanət etdiyi ehtimal olunan başqa kişiyə bıçaq xəsarəti yetirib.

Xatırladaq ki, yerli sakin R.H. həyat yoldaşını başqa kişi – G.B. ilə tutub. Rüsvay olan qadın bundan sonra ata evinə qaçıb, lakin qohumları onun müdafiəsinə qalxmadığına görə intihar etmək qərarına gəlib. İki uşaq anası olan N.H. özünü asıb.

G.B. də Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində özünü öldürüb.

Aldadılmış ər öyrənib ki, arvadı ona başqa kişi ilə- E.E. ilə də xəyanət edib. Kişi şübhəlini arvadı ilə sevgi əlaqələri saxlayarkən yaxalayıb və ona bir neçə bıçaq xəsarəti yetirib, o cümlədən qulağını kəsib. Sonra R.H.polisə könüllü təslim olub.

Hələ 30 yaşı olmayan yaralı E.E. Mərkəzi Rayon Xəstəxnasına çatdırıldıqdan sonra əməliyyat olunub. Lakin həkimlər kəsilmiş qulağı bərpa edə bilməyiblər.

İlkin təhqiqat zamanı müəyyən edilib ki, qadın ərinin bərk yuxuya getməsi üçün onun yeməyinə yuxu dərmanı qatıb. Kişi yuxuya gedəndə isə N.H. kənd uşaq bağçasının gözətçisi G.B. ilə görüşə gedib.

Kənd sakini arvadını başqa kişi ilə tutduğu gecə yuxu dərmanı təsir etməyib. R.H. yuxudan oyanıb və arvadının yanında olmadığını görüb. O, arvadını axtarmağa gedəndə uşaq bağçasının binasının pəncərəsində işıq görüb. R.H. işığa tərəf gedəndə arvadınıbaşqa kişi ilə tutub.

İntihar edən qadının mobil telefonundan intim xarakterli videogörüntülər aşkarlayıblar. Məlum olub ki, qadın əri ilə cinsi əlaqədə olmasını telefona çəkirmiş.

Hazırda faktla bağlı araşdırma davam edir.(oxu.az)


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!