Atambayev istintaqa “yox” dedi

2019-08-09 16:06:07 / 344 dəfə oxunub

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev istintaqla əməkdaşlıqdan imtina edib.

TASSxəbər verir ki, bunu A.Atambayevin vəkili Sergey Slesarev jurnalistlərə açıqlamasında bildirib.

"Atambayev istintaqla əməkdaşlıqdan imtina etdi və heç bir sənədi imzalamadı”, - deyə vəkil qeyd edib.

Onun sözlərinə görə, bu, qabaqlayıcı tədbirin dəyişdirilməsi haqqında vəsatət, qərardad barədə sənəd, dindirilmə protokolu və prosessual qaydada nəzərdə tutulmuş digər qiymətli kağızlarla bağlıdır.

Qeyd edək ki, A.Atambayev vəzifə səlahiyyətlərindən sui-istifadədə və korrupsiyada ittiham olunur.

Avqustun 7-də A.Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Qarşıdurma nəticəsində azı 52 nəfər yaralanıb, bir nəfər ölüb.(oxu.az)


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!