Yağış sürüşmə zonalarını aktivləşdirdi

2019-08-09 15:10:13 / 311 dəfə oxunub

Son vaxtlar ölkə ərazisində intensiv yağan yağışlar nəticəsində sürüşmə zonalarında aktivlik müşahidə olunub.

BunuOxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, son günlər yağan yağışlar daha çox bölgələrdəki sürüşmə zonalarında aktivləşib:

"Bakı-Şamaxı yolunun 11-106-cı kilometrliyində yol tikintisi aparılan müəyyən yerlərdə lokal tipli çökmə prosesləri var. Eyni zamanda, son günlər Quba rayonu ərazisində "Quruçay” deyilən yerdə -indi Alpan-Xınalıq yolu çəkilən ərazidə aktivləşmə var. Yəni Susay kəndindən təxminən beşkilometr şimal-qərbdə "Quruçay”ın sol sahilində 40 hektara yaxın ərazidə axıntı tipli sürüşmə prosesi baş verib”.

Ekspedisiya rəisi bildirib ki, sürüşmə məhsulları nazik, narın, dənəli, gilli və qumlu çökmə süxurlardan ibarət olduğuna görə şirəli gillərdir:

"Suda isə böyük bulanıqlıq var. Çay ətrafında yerləşən kəndlərin təxminən 15 minə yaxın əhalisi içməli suyu oradan təmin edirlər. Yəni əhalinin yeganə su təchizatı həmin çaydır. Qeyd edim ki, həmin yerlərdə hələ də gərginlik qalır”.

Ə.Qaralov əlavə edib ki, şimal bölgəsində yerləşən Qusarçay sahəsində də sürüşmə olub:

"Badamdarda isə sürüşmə kütləsinin üzərində heç bir gərginlik müşahidə olunmayıb. Stabil vəziyyətdir. Bu gün Bakı və Abşerona yağan intensiv yağışlar nəticəsində aktivləşməsi ehtimal edilən sürüşmə zonaları haqqında isə monitorinqlər aparıldıqdan sonra məlumat veriləcək”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!