Nazir müavini obyektlərin cərimələnməsinin əsas məqsədini açıqladı

2019-08-09 12:39:28 / 1335 dəfə oxunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məqsədi obyektləri cərimələmək deyil, Xəzər dənizinin çirkləndirilməməsinə nail olmaqdır.

BunuOxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, Xəzər dənizini çirkləndirənlərə müəyyən vaxt verilir:

"Həmin müddət ərzində obyekt sahibləri bu nöqsanı aradan qaldırmalı, təmizləyici qurğu quraşdırmalıdır. Xəbərdarlığımıza məhəl qoymayan obyektlər isə tərəfimizdən cəzalandırılır.

Obyekt sahibləri bilməlidir ki, tullantı suları təmizləyici qurğudan keçirildikdən sonra texniki su kimi istifadə edilə bilər”.

F.Əliyev onu da vurğulayıb ki, ümumiyyətlə, hər kəsdə çimərlik mədəniyyəti formalaşmalıdır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!