Gürcüstanlı mənzil oğruları yenidən Bakıda peyda olublar

2019-08-09 17:46:30 / 916 dəfə oxunub

Daxili işlər orqanları ötən günlər ərzində Bakıda şəxsi əmlakın qarət edilməsi üzrə 38 fakt qeydə alıb.

Onlardan altısının üstü açılıb. Bundan başqa, daha əvvəl törədilmiş üç oğurluq hadisəsinin cinayətkarları da müəyyənləşib.Ayın əvvəlindən paytaxtda 331 oğurluq hadisəsi qeydə alınıb, onun əksəri kiçik qarətlərdir.

Bu barədəOxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.

Xətai Rayonunun 34-cü Polis Bölməsinin əməkdaşları keçirdikləri operativ-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən cinayətkar qruplaşmanın üzvlərini saxlayıblar. Qrupun üzvlərindən biri Gürcüstan vətəndaşıdır.Bunlar Akif Vəliyev və David Qoqiçaişvilidir.

Sözügedən şəxslər mənzillərdən oğurluq etməklə məşğul olublar. Onlar sonuncu dəfə iyulun 27-dən avqustun 7-dək olan dövrdə oğurluq ediblər. Cütlük bu dövr ərzində Babək prospektində yaşayan Müşfiq Əmiraslanovun mənzilindən oğurluq etməkdə ittiham edilir. Onlar pullar, qızıl, qacetlər və digər əşyalar oğurlayıblar. Bu, onların mənzildən oğurluq etməkdə şübhəli bilindiyi yeganə hal deyil. Gürcüstanlı ev qarətçiləri yalnız qapı qıfılına uyğun açar seçmək yolu ilə mənzilə daxil olurlar. Onlar eyni qayda ilə M.Əmiraslonavun mənzilinə giriblər.

Bu arada, 12-ci Polis Bölməsinin əməliyyatçıları oğurluqda şübhəli bilinən 1988-ci il təvəllüdlü Sarıyev Tayfun Vahid oğlunu saxlayıblar. T.Sarıyev ötən aydan axtarışda olub. Xəzər rayon sakininin mənzilindən oğurluq edilib. Firuz İmanlı iddia edir ki, evindən 30 min manat məbləğində qızıl-zinət əşyaları və 700 manatpul oğurlanıb. Cinayətkar pəncərə barmaqlığını sındıraraq mənzilə girib.

Faktla bağlı araşdırma aparılır.


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!