“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi tanıtım video çarxın çəkilişinə start verir

2019-08-14 13:14:46 / 1628 dəfə oxunub

"Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi Müdafiə Nazirliyinə müraciət edib.  Bunu KİV-ə açıqlamasında təşkilat sədri Rövşən Ağamalıyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Görmə, eşitmə və nitq məhdudiyyətli insanlar arasında Aprel şəhidlərinin təbliği” layihəsi çərçivəsində hazırlanacaq filmlə bağlı Müdafiə Nazirliyinə müraciət olunub. Nazirliyə müraciət etməkdə məqsəd aprel şəhidlərinin sayının dəqiqləşdirilməsidir. 

R.Ağamalıyev artıq nazirlikdən müsbət cavab əldə olunduğunu da vurğulayıb. Bildirib ki, surdo tərcümə ilə video çarxın çəkilişi həyata keçirilir. Qeyd edək ki, video çarxın çəkilişi üçün SİA.TV ilə müqavilə bağlanılıb.

Onu da qeyd edək ki, təşkilat bundan öncə də Müstəqil Azərbaycanın 25 illiyi ilə bağlı sənədli filmin çəkilişini və bu filmin geniş ictimayyət arasında təbliğini həyata keçirib. Bundan əlavə təşkilat Milli Qəhrəman Ələkbər Əliyev barəsində də sənədli filmin çəkilişlərini həyata keçirib. 2017-ci ildə isə Aprel şəhidi Fəxrəddin Qurbanlı ilə bağlı qısametrajlı film hazırlanıb və filmin geniş təqdimatları keçirilib.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!