Şairə Qəndab xanımdan yeni şerlər

2019-08-14 15:41:47 / 631 dəfə oxunub
Adsız şeir

Ölüm qorxutmur məni
Səni axtarırkən,
Könlümün sabahsız küçələrində. 
Ən ağır ayrılığı yaşamışam
Gözlərinə baxarkən!

Tənhalıq sıxmadı qəlbimi,
Sənsizlik sıxdığı qədər!
Sevgi buludlarında
Çatır-çatır yanmışam
İldırımlar çaxarkən!

Məndən Səni Sən aldın,
Ruhun yetmir haraya.
Yalnızlıqla dost idim,
Ölmün girdi araya
Gözlərimə ayna sular
Dumduru axarkən!

Ölüm ayrılığın
Ən yoxsul olanıdır;
Mənsə Səni ölmədən
Məzara göndərirəm,
Əriyən şam 
Əllərimi yaxarkən!



Şeir qız

Gül, gül açsın dodaqlarında,
Sevinc qaynasın gözlərinin 
bulaqlarında, 
Sən güldükcə gözəlləşirsən!
Yellərlə oynadıqca,
Həyatın sirrləri açılır ipək saçlarının 
buruqlarında!
Şeir baxışlarından 
Süzülür günəşin sarı telleri,
Bir damcı su - bir damla şeh
Ağlayanda yanaqlarında,
Ancaq sən hüzünlənirsən!
Dupduru su kimisən,  
Ürəyin oxunur gözlərindən!
Saflığın dünyanın bağrın dəlir!
Aç, mələk gollarını
aləmə, 
Dünyaya gözəllik Səndən gəlir.



Bir saat var ...

Bir saat var aramızda...
Bir də, gözləri açıq
Gözəl bir xəyal qursam,
Ya, gerçəyi unutsam!

Bir saat var aramızda...
Mən yalnız deyiləm ki,
Mən də, Sənə sarılsam!
Yalnızlıq Sənə məxsus 
ALLAHIM!

Bir saat var aramızda...
Biri məni oyatsa,
Ya da, bu saat yatsa, 
Mən elə oyaq galsam...

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!