Ermənistan XİN-dən daha bir - TƏXRİBAT

2019-08-14 14:55:53 / 204 dəfə oxunub

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan növbəti dəfə təxribat xarakterli bəyanatla çıxış edib.

Ermənistan mətbuatının məlumatına görə, Mnatsakanyan Yerevanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı deyib ki, Baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndidəki çıxışı zamanı səsləndirdiyi fikirlər həqiqətdir.

"Baş nazir hər şeyi dedi. Deyilənlərə nəsə əlavə etməyə,yenidən oxumağa ehtiyac yoxdur”, - deyə Mnatsakanyan bildirib.

Mnatsakanyan qeyd edib ki, Ermənistan tərəfindən münaqişənin dinc yolla nizamlanmasına dair yanaşmalardan və mövqelərdən yayınmaq niyyəti yoxdur.

Bildirək ki, Ermənistanın bir tərəfdən "sülh”dən danışması, digər tərəfdən isə qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə aparılan danışıqların mahiyyətinə ziddir.

Qeyd edək ki, Nikol Paşinyan avqustun 5-də Xankəndidə demişdi ki, Dağlıq QarabağErmənistanın ayrılmaz tərkib hissəsidir.(oxu.az)


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!