33 yaşlı nişanlı kişi torpaqlarını qohumlara vəsiyyət edib özünü asdı

2019-08-14 13:30:59 / 220 dəfə oxunub

İsmayıllıda intihar hadisəsi baş verib.

Oxu.Azxəbər verir ki, hadisə rayonun Şəbyan kəndində qeydə alınıb.

1986-cı il təvəllüdlü Piriyev Səbuhi Arif oğlu özünü həyətindəki qoz ağacından asıb.

Onun meyitiyaxınları tərəfindən asılmış vəziyyətdə aşkarlanıb.

S.Piriyev intihardan əvvəl məktub yazıb.

Məktubda qeyd edilib ki, ona aid torpaq sahələri adlarını yazdığı qohumları arasında bölüşdürülsün. Bundan əlavə, qardaşına vəsiyyət edib ki, oğlu olsa, onun adını qoysun.

Qeyd edək ki, intihar edən şəxs nişanlı imiş, ayın axırı toyu olacaqmış. O, Qurban bayramında nişanlısıgildə olub.

Faktla bağlı araşdırma aparılır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!