Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş sərgi

2019-08-14 12:00:58 / 192 dəfə oxunub

Dövlət BayrağıMeydanının yaxınlığında Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Sərhəd Mühafizəsi: dünən, bu gün və sabah” mövzusunda sərgi keçirilir.

Oxu.Azxəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Sərhəd Mühafizəsinin son illərdə inkişafı və əldə etdiyi xidməti nailiyyətlər haqqında ictimaiyyətə geniş məlumat verilir.

Həmçinin, şəhər sakinləri, xüsusən də gənclərvə yeniyetmələrAzərbaycan Respublikasının dövlət sərhədləri, sərhəd mühafizəsi tarixi, dövlət sərhədinin mühafizəsində tətbiq olunan hərbi və döyüş texnikası, silahlar və xüsusi sərhəd mühafizə avadanlığı haqqında ətraflı məlumatlandırılır.

Sərgidə Dövlət Sərhəd Xidmətinin döyüş və zirehli texnikası, uçuş vasitələri, pilotsuz uçuş aparatları, sərhəd gözətçi gəmiləri, ən müasir silah və sursatları, sərhəd mühafizəsi və digər xüsusi hərbi avadanlıqlar, dövlət sərhədinin mühafizəsində istifadə olunan mühəndis-texniki qurğular, sərhəd nəzarəti texnikası nümayiş olunur.

Tədbir iştirakçılarına hərbi və döyüş texnikası ilə bilavasitə tanış olmaq, onların üzərində şəkil çəkdirmək, səhra mətbəxində əsgər yeməyindən dadmaq, interaktiv tirdə atəş açmaq, qısa müddət ərzində özlərini sərhədçi kimi hiss etmələri üçün şərait yaradılıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!