Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR

2019-08-17 16:46:54 / 821 dəfə oxunub

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib.

Bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Xızı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov vəzifəsindən azad edilərək Xaçmaz RPŞ-nin rəisi təyin edilib.

Digər əmrə əsasən, Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi, polis polkovnik-leytenantı Faiq Hüseynov vəzifəsindən azad edilərək Xızı RPŞ-nin rəisi təyin olunub.

Nazirin imzaladığı digər əmrlə Masallı RPŞ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Polad Qarayevvəzifəsindən azad edilərək Samux RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Samux RPŞ-nin rəisi Akif Nəbiyev və Xaçmaz RPŞ-nin rəisi Nofəl Məhərrəmov bir müddət əvvəl Daxili İşlər nazirinin müvafiq əmrləri ilə vəzifələrindən azad edilərək sərəncama götürülüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan MansurzadəOxu.Az-ın sorğusuna cavab olaraq təyinatlarıtəsdiq edib.


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!