Məktəbli formaları ilə bağlı xəbərdarlıq - Alanda diqqətli olun

2019-08-17 18:00:35 / 1998 dəfə oxunub

Paytaxtda məktəbli formalarının saxta variantlarının satışına başlanılıb.

Sabahinfo.az bildirir ki, bu barədə məlumatıSputnik Azərbaycan-a Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisiEtibar Əzimovverib. O bildirib ki, hər tədris ili öncəsi fəallaşan işbazlar bu il də BTE-nin istehsal etdiyi məktəbli formalarının saxta variantlarını satışa çıxarıblar: "Bir neçə ünvanda bizim istehsal etdiyimiz məktəbli formalarının saxtalarının hazırlanması faktını aşkarladıqdan sonra rəsmi şəkildə məktubla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti, İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etdik.

Hələ ki saxta məktəbli formalarının satışı kütləvi xarakter daşımasa da, belə hallar aşkarlandıqca biz aidiyyatı qurumlara məktub göndəririk ki, saxta məktəbli formalarının satışının qarşısı alınsın".

E. Əzimov deyib ki, saxta məktəbli formaları keyfiyyətinə görə kəskin fərqlənir: "Biz məktəbli formalarının istehsalı üçün parçanı Türkiyədən gətiririk. Amma saxta variantını hazırlayan sexlər formanın ucuz başa gəlməsi üçün sintetik liflərdən hazırlanmış parçalardan istifadə edirlər. Belə məktəbli formaları dəri ilə təmasda böyüməkdə olan uşaq orqanizmi üçün ciddi ziyandır. Məktəbli forması elə bir geyimdir ki, ilin on ayı şagirdin əynində olur. Sintetik liflərdən hazırlanan parçalar nə çöldən içəri, nə də içəridən çölə havanın işləməsinə imkan verir. Bu isə orqanizm üçün təhlükəlidir. Üstəlik, bu parçaların boyanmasında kimyəvi maddələrdən istifadə edilir. Ona görə də məktəbli forması bir dəfə yuyulduqdan sonra rəngi bozarır, ətək və balaq hissələri əyilir. Valideynlər bəzən bu formalarla bizim üstümüzə gəlirlər ki, sizin istehsal etdiyiniz mal zay çıxıb. Araşdırdıqda məlum olur ki, üzərində BTE-nin emblemi olsa da, məhsul bizim istehsal deyil. Ona görə də bu cür saxta formalar 20 manata təklif olunur. Valideynlər qiymətinə aldanıb alsalar da, uşaq bir-iki dəfə geyindikdən sonra yenisini almalı olurlar".

Fəridə nəhayət məktəbə gedəcək - Sputnik Azərbaycan-ın aksiyasının ilk hissəsi başa çatıb>>

Şöbə rəisi tədris ili öncəsi məktəbli formalarının saxta variantlarının iri ticarət mərkəzlərində də satıldığını söyləyib. O bildirib ki, saxta məktəbli formalarının satışının qarşısını almaq üçün Bakı Tikiş Evi bu il də məktəbli forması satışını müxtəlif ünvanlardakı öz rəsmi mağazalarında təşkil edəcək. E. Əzimovun fikrincə, bu, qiymət sahəsində özbaşınalığın qarşısının alınmasında da rol oynayır: "Bizim mağazalarda məktəbli formalarının qiyməti dəyişmir. BTE tərəfindən qoyulan qiymətlə satılır. Bu tədris ili də qiymətdə dəyişiklik etmək fikrimiz yoxdur".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!