Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib

2019-08-17 18:51:29 / 1003 dəfə oxunub

Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu göndərib.

Sabahinfo.az AZƏRTAC-a istinadən bildirir ki,təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Əfqanıstanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Əfqanıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına sülh və tərəqqi diləyirəm".


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!