DİQQƏT: Bu yerlərdə saxta məktəbli formaları satılır

2019-08-19 14:50:03 / 746 dəfə oxunub

Sağlamlıq üçün təhlükəli olan saxta məktəbli formaları 8-ci Kilometr bazarında, "Xalqlar Dostluğu" yarmarkasında, "Sədərək" və "Binə" ticarət mərkəzlərində satılır.

Bu barədəOxu.Az-a "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin direktoru Etibar Əzimov məlumat verib.

Onun sözlərinə görə, saxta məktəbli formaları 35 manata satılır:

"Hələ ki işbazlar saxta məktəbli formalarını ürəklə satışa çıxara bilmirlər. Amma ehtiyac yarandığı zaman bütün saxta formaları üzə çıxaracaqlar".

E.Əzizov qeyd edibki, həmin saxta formalar Bakı Tikiş Evindən götürülən iki nümunə əsasında hazırlanır:

"Həmin formalar müxtəlif zirzəmilərdə tikilib işbazlara satılır. Sonra da bizim tikiş evinin adı, loqosu, hətta düyməsi belə formalara vurulub bazara çıxarılır. İşbazların satdığı formaların qiyməti 35 manatdır,bizim istehsal etdiyimiz formalar isə 40 manata satılır. Valideynlər saxta formanı ucuz olduğu üçün alırlar. Amma sonradan formanın rənginin bozardığı, tiftikləndiyi və görünüşünün pis hala düşdüyü məlum olur".

Şöbə direktoru əlavə edib ki, saxta məktəbli formaları müxtəlif fəsadlara səbəb olur:

"Çox vaxt saxta formalar nəticəsində uşaqlarda səpki və allergiya halları müşahidə olunur. Uşaqlar xəstəliyə tutulandan sonra isə valideynlər Bakı Tikiş Evinin formalarını alırlar.

Eyni zamanda, işbazlar valideynlərə bizim guya keyfiyyətli forma tikmədiyimizi deyir. Bununla da bizə iqtisadi ziyan vururlar.Valideynlər formanın üzərində "Bakı Tikiş Evi"nin adının yazıldığını görüb onun bizə məxsus olduğunu düşünür, saxta olduğunu bilmirlər. Valideynlərdən xahiş edirik ki, diqqətli olsunlar, saxta formalar almasınlar".

E.Əzimov vurğulayıb ki, hələlik saxta məktəbli formaları8-ci Kilometr bazarında, "Xalqlar Dostluğu" yarmarkasında, "Sədərək" və "Binə" ticarət mərkəzlərində satışa çıxarılıb:

"Ammadərs mövsümünə az qalmış, tələbatın çoxluğundan asılı olaraq satış yerlərinin sayı arta bilər".


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!