Mamayevin arvadını aldadıb 75 minini ələ keçirdilər

2019-08-19 13:29:03 / 2337 dəfə oxunub

Rusiyanın "Krasnodar" klubunun futbolçusu Pavel Mamayevin həyat yoldaşı Alana Mamayeva dələduzluqla üzləşib.

Bu barədə"Moskva"agentliyinə hüquq-mühafizə orqanlarından məlumat verilib.

31 yaşlı Alananın bank kartından 75 min rubl (təxminən 2 min manat) oğurlanıb. Belə ki, o, mayda "Instagram"da"Louis Vuitton" firmasının pomada boyası qutusunun satışı haqqında elanla rastlaşıb. Ondan 75 min rubl ödəniş istənilib. Ödəniş edilsə də, aksesuar Mamayevaya gəlib çıxmayıb. Yekunda zərərçəkmişin müraciəti əsasında dünən dələduzluq barədə cinayət işi açılıb.

Qeyd edək ki, Pavel Mamayev Moskvanın mərkəzində adam döyməyə görə 1,5 illiyə ümumi rejimli koloniyada həbs həyatı yaşayır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!