“Dilini öldürən adam öz xalqını üç dəfə öldürür” – II Yazı

2012-ci ilin mayında imzalanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanır. Belə ki, mətbuat orqanlarında ədəbi dil normalarından yayınmalar çox geniş yayılıb. Əksər hallarda onlar təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir.
Bakı şəhərinin iki müxtəlif yerində apardığımız monitorinqin nəticələri yuxarıdakı iddiaları səsləndirməyə əsas verir. Məsələn, Nizami küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəsul Rza küçəsi ilə kəsişməsinə qədər olan məsafədə olan 81 ticarət, ictimai iaşə və digər xidmət obyektlərinin yalnız 16-nın adı Azərbaycan dilində yazılıb. Qalan 65 obyektin bəzisində "endirim” və "aqçıqdır” sözlərinin yazılmasının şahidi olduq.
Şərifzadə küçəsi, "İnşaatçılar” metrostansiyasından həmin küçənin Nazim Hikmət küçəsi ilə kəsişşməsinə qədər, yolun sol tərəfində olan ərazidə isə 153 ad göstəricisindən 43-ü əcnəbi dildə yazılıb. Bunların da çoxunda azərbaycanca sözlər də yazılır: endirim. Həmin ərazidəki spesifik səhvlər eyni sözün iki cür yazılışı ("kompüter”, "komputer”), varvarizmlər ("Razlivnoy pivə”), bütün sözlərin baş hərflərinin böyük hərflə yazılmasıdır.
Şəxs adları və digər xsusi isimlərin tranmsliterasiya edilməməsi
"Khamnei deyib…” ("Azadlıq radiosu”)
"ABŞ prezidenti Donald Trump..” (BBC azərbaycanca)
"Recep Tayyip Erdogan..” (BBC azərbaycanca)
"BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının sözçüsü Rupert Colville… " (BBC azərbaycanca)
Bu qurumların birindən niyə belə yazdıqlarının səbəbini soruşanda belə cavb yazdılar: "beynəlxalq media qurumunun rəhbərliyi” belə tövsiyə edib.
Qəribə məntiq, anarxiya ilə üz-üzəyik: Azərbaycan ədəbi dilinin orfoqrafiya qaydalarını "beynəlxalq media qurumunun rəhbərliyi” müəyyən edir?
İdxal edilən ictimai nəqliyyat vasitələrində olan yazılar Azərbaycan dilində deyil:
Bakı metropolitenindən gndə təxminən 550 min nəfər istifadə edir. Amma Rusiyadan olan vaqonlarda bir sıra yazılar rus diindədir:
"Ekstremalnaya svyaz s maşinistom”
"najmite”, "qovorite”
Eyni hal Türkiyədən idxal olunan avtobuslarda da müşahidə olunur:
"Kapıya yaslanmayın”, "inilir”, "binilir”…
Avtobus nəqliyyatında ədəbi dilə "qayğı” təzahürləri
"Morskoy uçiliş”, "Elektrotok”, "Sabunçu Vağı”, "Ramani savxo,” "Xastaxana-Kirov dairesi-Pekarnı-Xayal”, "Məştağa”, "Karyer” "Tolkuçka”, "205-ci posyolka” və s.
Tərcümələrdə ədəbi dil normalarının pozulması:
"Pred Pitt bazarı ələk-vələk elədi” əvəzinə "Pred Pitt qaşına-qaşına bazarı gəzirdi”, "Belokuraya jenşşina” – "Ağ toyuqlu qadın”, "37-ci surənin 15-ci ayəsində əvəzinə, 37-ci ayənin 15-ci surəsində” (rəqəm şərtidir, "Mənim adım Xandır” bədii filmi), "görücü” əvəzinə uzaqgörən və s
"Quql transleyt” tərcümə proqramıın yanlış tərcümələrinə nümunələr:
Разработка нового Генплана Губы
Dodaqların yeni Ümumi Planının inkişafı
1200 из них зависят от переливания крови
onlardan 1200-dən çox qan qaçaqmalçılığı ilə bağlıdır.
"Azərbaycan qonşu ölkələrə dərman ixrac edəcək” əvəinə "Azərbaycan qonşu ölkələrə nakkotik ixrac edəcək” kimi qalmaqallı tərcümələrlə rastlaşılır.
Bəzən təşkilatlarda idarəetmə orqanlarının adı müxtəlif qurumlarda fərqli şəkildə verilir. Bu da ciddi nöqsan sayıla bilər:
İSB Himayəçilər Şurası,
MDB Dinlərarası Şuranın Himayəçilər Şurası,
Elmin İnkişafı Fondunun Himayədarlar Şurası
Fəlsəfi Maarifçilik Assosiasiyasının Himayədarlar Şurası
Nizami Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurası.
V.SADIQLI
Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyinin "Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkili” mövzusunda layihəsi çərçivəsində çap olunur.