Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir

Yetkinlik yaşına çatmayan valideynlər uşaqlarla birgə yaşamaq və onların tərbiyəsi ilə məşğul olmaq hüququna malikdirlər.
Bu məsələ Ailə Məcəlləsinin 57-ci maddəsindəöz əksini tapıb.
Amma Azərbaycanda yetkinlik yaşına çatmayan valideynlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur.
Azərbaycanda erkən nikahlarda ən yüksək hədd 2011-ci ildə qeydə alınıb. Həmin il 18 yaşadək qızlar arasında nikaha daxil olanların sayı 5138 olub. 2017-ci ildə isə erkən nikaha daxil olan qızların sayı 317 nəfər təşkil edib. Yəni altıil ərzində fərq 4821-ə enib.
Ailə,QadınvəUşaqProblemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müaviniAynurVeysəlovaOxu.Az-a deyib ki, yeniyetmə valideynlərin dəqiq statistikası yoxdur.
A.Veysəlova qeyd edib ki, Ailə Məcəlləsinə əsasən, nikah yaşı üzrlü səbəblərdən biryaş endirilə bilər, bu zaman isə həmin şəxs rəsmi qeydiyyata düşür:
"Ancaq yetkinlik yaşına çatmayan valideynlərinstatistikası aparılmır. Onlar nikah yaşına çatanda qeydiyyata düşürlər".
Komitə nümayəndəsi deyib ki, hazırda 15-17 yaşlı yeniyetmə gəlinlər tərəfindən doğulan uşaqların sayında da ciddi azalmavar. Belə ki, 2011-ci ildə 15-17 yaşlı gəlinlər tərəfindən 4392 uşaq doğulmuşdusa, 2018-ci ildə bu rəqəm 2421 olub.