Atası mane olsa da, ali məktəbə qəbul olan Orxana universitet təqaüd verəcək

2019-08-20 15:51:28 / 876 dəfə oxunub

Atası təhsil almasına mane olsa da, Azərbaycan Dillər Universitetinə (ADU) qəbul olan 18 yaşlı Orxan Bağırzadəyə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən yardım ediləcək.

Bu barədəOxu.Az-a universitetdən məlumat verilib.

"THİK tərəfindən bir semestr boyunca hər ay 100 manat təqaüd, hər ay pulsuz yemək talonları, əlavə maddi yardım veriləcək. ADU-nun oğlanlar üçün yataqxanasında məcburi köçkünlər məskunlaşdığı üçün digər universitetlərin yataqxanasına müraciət ediləcək və yataqxana ödənişinə də THİK kömək edəcək", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, O.Bağırzadə ali məktəbə qəbul olsa da, atası attestatını götürərəkonun qeydiyyata düşməsinə mane olmağa çalışıb. Təhsil Nazirliyinin məsələyə müdaxiləsindən sonra məsələ müsbət yöndə həllini tapıb.

O.BağırzadəOxu.Az-a açıqlamasında atasının bu addımını ögey bacısının ali məktəbə daxil ola bilməməsi ilə əlaqələndirib.


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!