Turizmin internetdə təbliği ilə bağlı ekspertlərin rəyləri öyrənilir

2019-08-21 14:01:52 / 1070 dəfə oxunub
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi "Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində "Yenimedia.info” saytı Azərbaycan turizminin təbliğinə həsr edilmiş məqalələrlə yenilənmək üçün təkmilləşdirilib. 

Saytda Azərbaycan turizminni internet müstəvisində təbliği, bu sahədə təkmil online platformaların formalaşması ilə bağlı ekspertlərin rəy və təklifləri, diaspor və QHT nümayəndələrinin müsahibələri yerləşdirilməkdədir. Qeyd edək ki, layihə çərçivəsində turizm sahəsində təhsil alan gənclərə və müvafiq ixtisaslar üzrə tələbələrə, gənc mütəxəssislərə Bakıda "Azərbaycan turizminin təbliğində ideoloji hazırlıq”, "Peşəkar turizm fəaliyyətində Azərbaycan turizminin təbliği zamanı texniki vərdişlərin artırılması”, Bakıda, Masallıda və İsmayıllıda "Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzularında təlimlər keçirilib. 

 Bundan başqa, "Turizm işçilərinin turizmin təbliğində ideoloji hazırlığı” adlı kitabçanın çapı, xarici ölkələrdən birində təqdimatı və ekspert, diaspor, eləcə də müvafiq QHT nümayəndələri və turizm təşkilatları arasında paylanması nəzərdə tutulur.
Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!