Ərdoğan: “Qarabağdakı qətliamları unutmamışıq”

2019-08-26 17:52:05 / 980 dəfə oxunub
"Əcdadlarımızın əsrlər boyu güvənlə idarə etdiyi bölgələr bu gün təəssüf ki, zülm və səfalət içindədir"

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin ildönmünə həsr olunmuş tədbirdə deyib. O, bildirib ki, erməni işğalçılarının Dağlıq Qarabağda törətdiyi qətliamlar unudulmayıb.

"Heç bir siyasi və iqtisadi maraqlar bizi haqqı söyləməkdən çəkindirə bilməz. Suriyada qətliam var. Hər gün qan tökülür. Bu gün Qüdsdə, Fələstində də zülm görürük. Bir çox yerdə müsəlmanlar zülm altında yaşayırlar. Arakandan Kəşmirə, Fələstindən Avropaya qədər müsəlmanlara hücumlar hələ də davam edir. Yaxın tarixdə Balkanlardan Qarabağa qədər qətliamları da unutmamışıq. Əllərindən gəlsə, ölkəmizə eyni şeyi etmək istəyən alçaqları da unutmadıq. Bu gün mübarizəni sərhədlərimizdə aparırıq. İnşallah, bu mübarizəni zəfərlə başa vurarıq",- deyə Ərdoğan vurğulayıb.(azvision.az)


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!