Bakı polisindən vətəndaşlara və jurnalistlərə müraciət

2019-08-29 11:40:52 / 860 dəfə oxunub
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə və jurnalistlərə müraciət edib.

Sabahinfo.az-ın xəbərinə görə, müraciətdə qeyd olunub ki, paytaxtda hərəkət iştirakçılarının - sürücülərin, piyadaların həyatına təhlükə yaradan, avtoxuliqanlıq hərəkətləri edənlərlə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlər davam etdirilir.

"Bu istiqamətdə işin səmərəli olması üçün paytaxt yollarında rastlaşdığınız ictimai təhlükəli əməllərlə bağlı polisi məlumatlandırmağı tövsiyə edirik. İctimai qaydanın etibarlı qorunması hər birimizin vəzifəsidir" - BŞBPİ-dən bildirilib.
Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!