Kəlbəcər girovları ailələri ilə görüşə bilərmi? - BQXK-dan açıqlama

2019-08-29 14:54:04 / 1989 dəfə oxunub
Kəlbəcər rayonunda erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun ailə üzvləri onunla görüşmək istəyir. Bununla bağlı girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

Məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsindən münasibət öyrənib. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, komitə Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamaları üçün şərait yaradır.

Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkməsinə gəlincə, İ.Hüseynova qeyd edib ki, bu ikitərəfli danışıqlardan asılıdır.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.(azvision.az)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!