"Fikirlərim Bakı küləyi kimi dəyişir"

2019-08-26 12:14:07 / 4810 dəfə oxunub
Səidə xanım, biraz özünüzdən bəhs edin, zəhmət olmasa. Necə bir ailədə doğulmusunuz? Təhsiliniz nədir?

- 25 yaşım var , təhsilim hal-hazırda çalışdığım heç bir sahəyə uyğun deyil. Çox gözəl bir ailədə böyümüşəm anam çox sərt, amma işgüzar qadındır.

Uşaq vaxtıda belə ideaları olan biri idiniz, ya illərlə formalaşdınız?

- Uşaqlıqda qətiyyəb heç belə arzum olmayıb , ən ali xəyalım rəssam olmaq olub. Bütün ömrümü buna həsr edə bilərdim.


-Hal-hazırda gənc bizneswomensiniz bu iş həyatında sizə çətinliklər yaratmır? Axı biz öyrəşmişik biznes sahəsində kişiləri görməyə.

Çətinliklər təəssüf ki, çoxdur, sterotiplər yaşayırıq , mütləq xaricdə təhsilin olmalıdır ki, gələcəkdə başarılı olasan və ya çox pul xərcləməlisən ki, hansısa işə başlayasan. Bu heç də belə deyil.

- Suşi, Baxça, kosmetika, bütün bu biznesləri birgə idarə etmək çətin deyil?

İdarə etmək çətin deyil, daha doğrusu artıq çətin deyil. Bütün bu idealar mənə məxsusdur, hər şeyə tək başlamışam. Lakin artıq mənimlə işləyən çox insanlar var.

- Bəs bezib, mən artıq getmək istəyirəm dediyiniz, anlar olub?

Təbiki bezmişəm. Dəyişkən təbiətim var. Əhvalıma görə fikirlərim Bakı küləyi kimi dəyişir. Lakin mənə inanmayan insanlar daim mənə güc verir.

-Sizi nə motivasiya edir?

- Mötivasiyam mənə inanmayan insanlardır. Buna görə onlarıb hər birinə təşəkkürümü bildirirəm.

- Birazda gələcək planlarınız haqqında danışın zəhmət olmasa.

- Öz biznesini və ya hansısa arzusunun arxasınca getmək istəyən xanımlara məsləhətim odur ki, heç zaman ruhdan düşməyin, bilirəm çox çətindir, bəzən insanı ruhdan salırlar amma cəhd etsəniz nə itirəcəksiz ki ?


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!